Sinif rəhbərləri ilə onlayn iclas

     25 dekabr 2020-ci il tarixində məktəbin direktoru Dadaş Əliyev sinif rəhbərləri ilə onlayn iclas keçirdi. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavini və UBR iştirak edirdi. İclasda pandemiya dövründə şagirdlərlə aparılan distant tədrisin vəziyyəti, qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edildi. 

  Eyni zamanda müəllim və şagirdlərin Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsində aktiv iştirak etmələrinin məqsədəmüvafiqliyi diqqətə çatdırıldı. Portaldan istifadə qaydaları haqqında məlumatlar təqdim edilərək sinif rəhbərlərini maraqlandıran suallar cavablandırıldı.

    İclasın sonunda sinif rəhbərləri onların gündəlik fəaliyyətlərini nəzarətdə saxladığına, qarşıya çıxan  problemlərin həllində göstərdiyi köməyə görə məktəb rəhbərliyinə təşəkkür etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi