Vətəndaş, nə gözəl səslənir bu söz Yəni bir vətənin övladıyıq biz.

    Bu gün vətəndaş olmaq həm çətindir, həm də şərəfli. Çətindir ki, Vətənimizdə ağır günlər yaşandı, şərəflidir ki, bu ağırlığı çiynində daşıyaraq  alnıaçıq çıxmaq hər kəsə nəsib olmur. Çünki vətəndaş olmaq, vətənin bir parçası olmaqdır. Şərəf tariximizi yazanlar vətəni və onun vətəndaş borcunun mahiyyətini bizlərə anlatdilar. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 6"D" sinif şagirləri ilə birgə vətəndaşlıq mövqeyini şərəf sayan insanlardan bəhs etdi. Şagirdlər Qarabağ savaşında canından və sağlamlığından keçən igidlərimizin bir örnək olduğunu bildirdilər.Onlar "əsl vətəndaş kimdir?" sualına məhz "canı, qanı ilə tarix yazanlardır" cavabını verdilər. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda öz sağlamlığını itirmiş igidlərin döyüş ruhundan fəxrlə söz açdılar. Çünki məhz sağlam vətəndaşlıq mövqeyi qələbəmizi gerçəkləşdirdi. Vətəndaşlığı ilə vətən daşı olanlar haqqında videoçarx təqdim edən şagirlər həm də onların  azad etdiyi yurd yerlərimizdən də bəhs etdilər. Sonda bildirdilər ki, əsl vətəndaş həm fiziki, həm də mənəvi sağlamlığa sahib olmalıdır ki, 44 günlük döyüşlə 30 illik Yurd həsrətinə son qoysun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi