Qarabağ - musiqi xəzinəmizdir

    Məktəbimizin musiqi müəllimi Abdullayeva Zülfiyyə tədris etdiyi VIII sinif şagirdləri ilə "Qarabağ- musiqi xəzinəmizdir" mövzusunda onlayn dərs keçirdi. O qeyd etdi ki, Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif ve bir çox sənət məclisləri bundan əlavə mətbəə, kitabxana, seminariya və bir sıra mədəni- maarif müəssisələri Şuşada yaranmışdır. XIX əsrin 40 -cı illərindən başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri inkişaf edirdi. Yerli teatr həvəskarları tərəfindən teatr tamaşaları göstərilirdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Qafqazın tarixində ilk dəfə teatr tamaşaları 1845 -ci ildə Tiflis şəhərində göstərilmişdir. XIX əsrin 1-ci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edirdi. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdir. Azərbaycanın başqa şəhərlərinə nisbətən Şuşada musiqiçi, oxuyan, rəqs edən daha çox idi . Əminliklə deyə bilərik ki, Azərbaycanın musiqi və mədəniyyət tarixində Qarabağ incimizin əvəzsiz yeri vardır .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi