"Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin flora və faunası"

    Məktəbin biologiya müəllimi Nəsibova Faqət 6 “C” sinfinin sagirdləri ilə "Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin flora və faunası" mövzusuna həsr olunmuş onlayn dərs keçirmişdir. Ilk öncə Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra müəllimə şagirdlərə, dövlət başçımızın uğurlu və məqsədyönlü siyasəti barəsində qısa məlumat vermiş, şagirdlər isə öz növbəsində möhtərəm Prezidentimizə bəslədikləri yüksək rəğbət hissini ifadə etmişlər. Sonrasında şagirdlər azad olunmuş bölgələrin füsunkar təbiəti, bitki örtüyü və özünəxas faunası barədə topladıqları məlumatları paylaşmış və mövzuya uyğun çəkib hazırladıqları rəsmlərlə dərsə xüsusi bir rəng qatmışlar. Şagirdlərdən Məmmədova Zəhra, Bünyadova Zeynəb, Məmmədova Leyla və Abışlı Ayan öz fəallıqları ilə seçildilər. Şuşamızın incisi və rəmzi hesab olunan Xarıbülbül və öz füsunkar gözəlliyi ilə göz oxşayan Qarabağ atı şagirdlərin əl işlərində öz əksini tapdı. Onlar, azad olunmuş torpaqlarımızın istər flora və faunası, istər təbii ehtiyatları və istərsə də coğrafiyası barədə nə qədər məlumatlı olduqlarını dərs boyunca böyük bir qürur hissi ilə nümayiş etdirdilər. Dərsin sonunda qəhrəman  şəhidlərimiz bir daha yad olundu və şeirlər səsləndirildi.

 

Hər əsgər qəhrəman, həm də sərkərdə

Düşmənlə vuruşur indi səngərdə

Şuşada, Laçında və Kəlbəcərdə

Görək, dalğalanan o bayraq bizim

Qarabağ bizimdir, Qarabağ bizim

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi