“Doğma və ögey münasibət" mövzusunda onlayn "Açıq dərs"

    Məktəbimizin ibtidai sinif müəllimi Əsgərova Zərxanım rəhbərlik etdiyi 4"D" sinfində “Doğma və ögey münasibət" mövzusunda onlayn "Açıq dərs" təşkil etdi. Dərsin məqsədi yurdumuzun igidləri tərəfindən bizim əllərimizə təslim edilən bu torpaqların hər qarışına doğma münasibəti şagirdlərə aşılamaq, ekologiyamızı qorumaq, gülünə, çiçəyinə, suyuna ayrı sevgi göstərmək idi. Müəllim dərsin inteqrasiyasını II Qarabağ müharibəsindəki qələbəmizlə əlaqələndirərək onu da qeyd etdi ki, bundan sonrakı tək amalımız Azərbaycanımızı daha da dirçəltmək, şöhrətinə daha da şan qatmaqdır. Şəhidləri anan müəllim, onu da qeyd etdi ki, şəhidliyin adı ölümdeyildir. Onlar şüurlu şəkildə canlarından keçmiş, öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamışdır. Dərsə II Qarabağ müharibəsində iştirak etmiş Neftçala rayon Aşağı Surra kənd sakini, hərbiçi Rəsulov Bəhruz Səttar oğlu qoşularaq qələbə sevincini, öz təəssurat və fikirlərini uşaqlarla bölüşdü. Dərsdə iştirak edən TTI üzrə direktor müavini Bəsti Nəsibova da uşaqları öz öhdəliklərini yerinə yetirməyə, daha da yaxşı oxuyub Vətənimizi tanıtmağa səslədi. Sonda sinif rəhbəri Zərxanım müəllim qeyd etdi ki, biz bu torpaqlar üzərində hələ uzun illər boyu, xoşbəxt, firəvan ömür sürəcəyik.Gözəl gələcək bizi gözləyir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi