Poeziyamızın Laçın həsrətinə son!

    Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir.Tarixdə baş verənlər ədəbiyyatdan yan keçə bilməz. Bu və ya digər şəkildə sözün poetik tülünə bürünərək ədəbiyyatda öz əksini tapmalıdır.Laçın ədəbi mühitinə də nəzər saldıqda bunu görmək mümkündür. Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova

Vüsalə və 8"F" sinfinin şagirdləri Laçın ədəbi mühitinə nəzər saldılar. Şagirdlər XVII əsrdə yaşayıb-yaratmış Sarı Aşıq, sonrakı dövrlərdə Seyid Nigari, yaradıcılıqları Laçın həsrəti ilə od tutub yanan H.Kürdoğlu, Rəfail Laçınlı, Zahid Abbas və b. haqqında məlumat verdilər, yaradıcılıqlarından nümunələr söylədilər. Yekun olaraq qeyd olundu ki, artıq poeziyamızın Laçın həsrətinə son qoyuldu. Bundan sonra ədəbiyyatımız həsrəti, nisgili deyil, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən vətən övladlarını tərənnüm edəcəkdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi