"Təmiz ölkə-təmiz həyat" mövzusunda "Açıq dərs"

Məktəbimizin ibtidai sinif müəllimi Şəfiyeva Gülşən rəhbərlik etdiyi 1"Ğ" sinfində "Təmiz ölkə-təmiz həyat" mövzusunda Açıq dərs keçirdi. Açıq dərsimizin məqsədi şagirdlərə ətraf mühitin təmiz saxlanılmasının vacibliyini, dünyanı cənginə alan Covid-19 virusunun və işğaldan azad olunmuş torpaqlarımızda 30 il ərzində ermənilərin ətraf mühitə, maddi və mənəvi abidələrimizə vurduğu ziyanı çatdırmaq idi.
"Ana təbiətin uşaqlara məktubu" adlı videoçarx, dilbər guşələrimizin təmiz görünüşü onlarda maraq hissi oyatdı. Eyni zamanda şagirdlərin özləri də natəmizliyin həm insanlara, həm də dünyaya böyük təhlükə yaratdığını qeyd etdilər.
Dərsin əvvəlində musiqi dərsinə və azərbaycan dili dərsinə, dərsin sonunda isə təsviri incəsənət və texnologiya dərslərinə etdiyimiz inteqrasiya onların çox xoşuna gəldi.
Qarabağımızı mənfur düşmənlərdən təmizləyərək bizə əbədi və əzəli torpaqlarımızda quracağı gələcəyi, bu bölgələrin təbiətinə edəcəyi töhfəni düşündükcə Ali Baş Komandan Ilham Əliyevə dəstək olmaq hər birimizin müqəddəs borcudur.
Dərsin sonunda məktəbin direktoru Dadaş Əliyev və TTI üzrə direktor müavini Bəsti Nəsibova öz dəyərli fikirlərini 1Ğ sinfi ilə bölüşüb bizə bundan sonrakı fəaliyyətimizdə uğurlar arzuladılar...