"Qarabağ, Azərbaycandır" mövzusunda onlayn dərs

Məktəbimizin ibtidai sinif müəllimi İbrahimova Şəmsiyat rəhbərlik etdiyi 3"C" sinfində "Qarabağ, Azərbaycandır" mövzusunda onlayn dərs keçirdi. Dərs "Qarabağ şikəstəsi" mahnısının ifası ilə başladı. Şagirdlər Qarabağın dilbər guşələri haqqında şeirlər söylədilər. "Qarabağa səyahət" mövzusunda çəkdikləri rəsmləri təqdim etdilər. Şagirdimiz Əlizadə Əliəkbərin atası II Qarabağ müharibəsində iştirak etmişdir. Əliəkbər atasının və onun döyüş yoldaşlarının düşmənə qarşı igidliklə döyüşməsindən, 44 gün ərzində göstərdikləri əsl şücaətlərindən, torpaqlarımızın azad olunmasından söhbət açdı. Şagirdlər şəhidlərin adlarını sadalayaraq unutmadıqlarını, unutdurmayacaqlarını söylədilər. Vətən və Qarabağ haqqında təqdimatlar hazırlayan şagirdlər şəhid Xudayarın "Vətən yaxşıdır" mahnısını ifa etdilər. Cənab Ali Baş Komandanın və müzəffər ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunduğu şagirdlər tərəfindən söylənildi. Məktəbin direktoru Dadaş Əliyev şagirdlərin çıxışını bəyənərək Ali Baş Komandanımıza və müzəffər ordumuza dərin minnətdarlığını bildirdi. Canlarını Vətən uğrunda qurban verən şəhidlərə rəhmət dilədi.