"Yolumuz Qarabağa" onlayn müsabiqə

Qarabağ sevincini yaşayan dövlətimiz bu sevinci paylaşmaq üçün müxtəlif tədbirlər hətaya keçirir. İstər dövlət qurumları, istər ali və orta təhsil müəssisələri, istərsə də müstəqil təşkilatlar...Amma onları birləşdirən bir amal var- Qarabağ sevinci.

Azərbaycan Təhsili qrupunun təşkil etdiyi "Yolumuz Qarabağa" onlayn rəsm, videoçarx, inşa müsabiqəsinin də məqsədi zəfərimizin ünvanı Qarabağımızı məktəblilərin gözündə görmək istəyidir.

Məktəbimizin istedadlı şagirdləri: Rüstəmova Aytac, Xanəli Selcanxatun, Mustafazadə Şənay, Ibrahimli Aysel, Ibrahimova Sevinc də bu müsabiqəyə qatılaraq Vətən-Qarabağ sevinclərini şeir, videogörüntü və rəsm dili ilə ifadə etməyə çalışmışlar. Şagirlərin bu sevgisi yüksək qiymətləndirilmiş və Azərbaycan Təhsili qrupu adından hər birinə "Təşəkkürnamə" təqdim edilmişdir. Uğurlar, məktəbimizin istedadlı vətənpərvərləri.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi