"Vətəni tanıyaq" layihəsi

"Vətən müharibəsi" proqramı çərçivəsində təşkil olunmuş "Vətəni tanıyaq" layihəsində şagirdlər hazırladıqları əl işləri ilə seçildilər. Şuşa qalası rəsmlərdə, maketlərdə təsvir olunmuş, Azərbaycan xəritəsi parça üzərində naxışla işlənmiş, Azərbaycan əsgərləri rəsm və maketlərdə təsvir olunmuş, həmçinin "Qarabağ Azərbaycandır" adlı rəsm də çəkilmişdir.