"Hazır yuva" mövzusunda onlayn Açıq dərs

Məktəbimizin ibtidai sinif müəllimi Kərimova Pərvanə rəhbərlik etdiyi 4 "A" sinfində "Hazır yuva" mövzusunda onlayn Açıq dərs təşkil etdi. Dərsin məqsədi şagirdlərdə əməyə, zəhmətə verilən dəyərin formalaşması, hər bir kəsin öz doğma yurd-yuvasına sahib çıxması, onu nəyin bahasına olursa olsun qorumağın üstünlüyünü dərk etməsi idi. Müəllim dərsin motivasiyasını, inteqrasiyanı II Qarabağ müharibəsinin zəfər tarixi ilə əlaqələndirərək şagirdlərin vətənpərvərlik ruhunda inkişafına zəmin yaratdi. Dərsin sonunda direktor Dadaş Əliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova şagirdləri qələbəmiz münasibətilə təbrik etdilər.