“Qarabağ dastanı” adlı onlayn Təşkilat saatı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il F-512 nömrəli əmr ilə təsdiq olunmuş “Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, tanınmış şəxsiyyətləri” haqqında fəaliyyət planına uyğun olaraq 21.12.2020-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Rəfiyeva Cəmilə rəhbərlik etdiyi 1 "Ç" sinfində “Qarabağ dastanı” adlı onlayn Təşkilat saatı keçirdi. Himn oxuyaraq dərsə başlayan şagirdlər şəhidlərə həsr olunmuş videoçarxı şəhidimiz Xudayar Yusifzadənin “Vətən yaxşıdır” mahnısı sədaları altında izlədilər. Bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Körpə fidanlar Xüdafərin körpüsü, Azıx mağarası, İsa bulağı, Gövhər ağa məscidi, İstisu, Üzeyir Hacıbəyov, Xan Şuşinski, Xarıbülbül və qızıl mədənləri haqqında məlumat verdilər. Cəmilə müəllimə əlavə edərək bildirdi ki, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasəti və rəşadətli ordumuzun sayəsində Qarabağ işğaldan azad edildi. ”Qarabağ dastanı” qızıl hərflərlə tarixə yazıldı. Sonda dərsi dinləyən məktəbimizin direktoru Dadaş Əliyev,tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova gələcək nəslin parlayan ulduzlarına ürək sözlərini bildirdilər. Son olaraq Dadaş müəllim vurğuladı ki, tezliklə belə gözəl tədbirlər Qarabağda keçiriləcək.