Ali Baş Komandan İlham Əliyevlə bərabər əbədi tarix yazan, Şanlı Ordum

Bu gün sənin qəhrəmanlarını yad etmək, haqqında danışmaq çox qürurvericidir. Bu məmnunluğu ifadə etmək üçün Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 7 "Ə" sinif şagirdləri ilə bərabər sənin əsgərlərinin şərəfli döyüş yolunu, igidliklərini işıqlandırmağa çalışdılar. General Polad Həşimov, onun qisasını alan Cəbrayıl Dövlətzadə, vətən dastanına dönən Xudayar Yusifzadə, savaşa könüllü gedərək namaz üstə şəhid olan Sənan Abdullayev, düşmənə qan udduran Samir Əliyev və başqaları haqqında fəxrlə söz açdılar. Hazırladıqları divar qəzetlərində, onlara həsr etdikləri şeir nümunələrində sevgilərini göstərməyə çalışdılar. Şəhid və qazilərimizi, eləcədə igidliyi ilə tarix yazan qəhrəmanları Vətənin yüksək mükafatı: orden, medallarla təltif edən Ali Baş Komandanımıza xüsusi rəğbətlərini ifadə edən şagirdlər qeyd etdilər ki, Komandanımız bizim Milli Qəhrəmanımızdır. Xalqın 30 illik həsrətinə son qoyan sərkərdəni başqa necə adlandırmaq olar?