"Bu müqəddəs Yurdu tanı" adlı tədbir

Məktəbin ibtidai sinif müəllimi Hüseynzadə Günel rəhbərlik etdiyi 4 "K" sinfinin şagirdləri ilə "Bu müqəddəs Yurdu tanı" adlı tədbir keçirmişdir. Tədbirdə Qarabağ və işğaldan azad olunmuş digər bölgələr barədə məlumatlar verilmiş, tanınmış şəxsiyyətlərindən, adət-ənənələrindən, dini ibadətgahlarından söhbət açılmışdır.
Ali Baş Komandan cənab İlham Əliyevin bizləri qələbəyə aparan daxili və xarici siyasəti barəsində danışılmış, şəhidlər bir dəqiqəlik sükutla yad edilmişdir.
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gəlişin Mübarək, Qarabağım!