Bəyaz qarlı, al duvaqlı, göyqurşaqlı Qarabağım!

Bəli, indi biz müstəqil, güclü bir dövlətin müəllim "ordusu" nümayəndəsi olaraq köksümüzü qabardıb  "Qarabağ azaddır", "Öz Azərbaycanına qovuşub" deyirik.

Bu gün məktəbin ibtidai sinif müəllimi Həsənova Nigar rəhbərlik etdiyi 4"F" sinfi ilə "Qarabağ və işğaldan azad olunmuş bölgələrin şagirdlər tərəfindən tanınması" mövzusunda tədbir keçirmişdir. Şagirdlər işğaldan azad olunmuş bölgələrimiz haqqında ətraflı məlumat toplayıb əl işləri təqdim  etdilər.

Tədbir zamanı şagirdlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən, Vətən oğullarının  44 günlük müharibədəki şücaətindən danışdılar.

Bəxti bəyaz Qarabağım ,artıq yenidən bizimsən. Bizim olaraq da qalacaqsan. Çünki övladların səni çox sevir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi