"Vətən Anadır" mövzusunda onlayn dərs

Məktəbimizin 1 "C" sinif rəhbəri Nəcəfova Aygün öz şagirdlərinə "Vətən Anadır" mövzusunda onlayn dərs keçdi. Dərs prosesində müəllim Vətən sevgisinin müqəddəs və onun qorunmasının vacib olduğunu bildirdi. Müəllim torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət dilədi. O, Ali Baş Komandan Ilham Əliyev cənablarına və müzəffər ordumuza minnətdarlığını bildirdi. Şagirdlər şəhidlərə və Vətənə həsr olunan şeirlər söylədilər. Heç zaman şəhidlərimizi unutmayacaqlarına söz verdilər. Çünki şəhidlər heç vaxt ölmür, onlar həmişə yaddaşlarda yaşayır.