Ali Baş Komandan cənab İlham Əliyev

Ulu Öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən ölkəmiz daha da inkişaf etmiş, beynəlxalq mövqeyi möhkəmlənmişdir. İqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində dövlətimiz güclənmiş və inkişaf etmiş dövlətlərlə rəqabət aparmağa başlamışdır.
Dövlət başçımız xarici siyasət sahəsində böyük uğurlar əldə etmişdir. Bir çox ölkələrlə əlaqələr qurulmuş və bu əlaqələr yüksək pillələrə qalxmışdır. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər sübut edir. Bütün bunlar onu göstərir ki, İlham Əliyevin xarici siyasəti ölkəmizə böyük inam, rəğbət, hörmət gətirmişdir.
O, 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqlarımızı geri qaytardı. Bir sıra torpaqlarımız müzəffər ordumuz sayəsində geri qaytarılsada, İlham Əliyevin güclü siyasəti nəticəsində Ağdam, Kəlbəcər, Laçın döyüşsüz qaytarıldı. Ali baş komandanın bu müdrik siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəklərə qaldırdı. Bütün dünya Azərbaycanın necə bir dövlət olduğunu tanıdı.
Məktəbimizin tarix müəllimi Əhmədova Səriyə "Azərbaycan Republikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti" mövzusunda VI "E" sinfində video dərsdə ətraflı məlumat vermiş, müzakirələr aparmış, fikirlər söyləmişdi.
--