"Qarabağ Azərbaycandır" adlı intellektual müsabiqə

Bakı Şəhər üzrə Təhsil idarəsinin 04.12.2020- ci il tarixli əmrinə əsasən 15.12.2020- ci il tarixində tarix metod birləşməsi "Qarabağ Azərbaycandır" adlı intellektual müsabiqə keçirmişdir. Müsabiqədə 8-11-ci siniflər üzrə 15 şagird iştirak etmişdir.
Müsabiqənin əvvəlində metodbirləşmə sədri Dadaşova Dilarə müsabiqənin şərtləri ilə iştirakçıları tanış etdi. O bildirdi ki, "gələcəyin qurucuları olan siz şagirdlər bugünki tarixi qələbəni gələcək nəsillərə çatdıran canlı şahidlərsiniz. Vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımız qısa ömürləri ilə bir tarix yazmaqla yanaşı bizlərə bir daha dönməzliyi, əyilməzliyi, vətən uğrunda, torpaq uğrunda şəhid olmağı öyrətdilər. "
Müsabiqənin qalibi 8"E" sinif şagirdi İsmayılov Polad Baxış oğluna müsabiqə iştirakçıları tərəfindən təşəkkür edildi və onunla birlikdə bütün şagirdlərə gələcəkdə gözəl elmi biliklərə nail olmaqla tarixi faktlarla danışmaq tövsiyyə olundu.