"Anım Günü" nə həsr olunmuş onlayn dərs

Məktəbin ibtidai sinif müəllimi Ağamalıyeva Eleanora rəhbərlik etdiyi 1"D" sinfinin şagirdləri ilə "Anım Günü" nə həsr olunmuş onlayn dərs keçirdi. Sinif müəllimi birincilərə Ulu Öndər haqqında geniş məlumat verdi. H. Əliyevin xatirəsini 1 dəqiqə sükutla yad etdilər. Birincilər şeirlər söylədilər.
Müstəqil Azərbaycanın qurucusu, xilaskarı Ulu Öndər Heydər Əliyevi heç vaxt unutmayıb, unutdurmarıq. Həyatda olmasa da əməllərini, müdrik kəlamlarını hər zaman xatırlayırıq. Biz İlham Əliyev kimi davamçısı olduğu üçün fəxr edirik. Yaşadığımız son aylar bir daha sübut etdi. H. Əliyevin verdiyi sözü Ali Baş Komandanımız yerinə yetirdi. Biz fəxr edirik ki, Azərbaycanlıyıq. Həqiqətən də elədir.
Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun.