"Böyük şəxsiyyət " adlı tədbir

Məktəbin tarix müəllimi Dadaşova Dilarə rəhbərlik etdiyi 9"Ə" sinfində ulu öndərimiz Heydər Əliyevin anım günü ilə bağlı "Böyük şəxsiyyət " adlı tədbir keçirmişdir. Şagirdlər 2003-cü il 12 dekabr tarixinin xalqımızın yaddaşında kədərli bir gün kimi qalması haqqında danışdılar. Şagirdlərdən Aydınova Ləman -"Biz ulu öndərimizin çıxışlarını dinləyərkən uşaqları nə qədər çox sevdiyini görürük."

Aygün Səlimli-" Mənim dahi babam, əgər bilsəydiniz sizin bu gedişiniz sizi baba deyə düşünən körpə balalara nə qədər təsir edib, kim bilir, nələr edərdiniz?..." başlıqlı çıxışlar etdilər.

Şagirdlər ulu öndərimizin  keçdiyi tarixi həyat yoluna bir daha nəzər salaraq onu necə sevdiklərini bildirdilər. 

Sonda müəllimə, 2003-cü il 12 dekabr gününün  təkcə Azərbaycan xalqını deyil, bütün Türk dünyasını sarsıtdığını bildirdi. Onun müdrik insan, siyasi xadim, ümummilli lider, yenilməz sərkərdə olduğunu, ulu öndərimizin davamçısı olan prezidentimiz İlham Əliyev cənablarının bunu bir daha nəinki Azərbaycan xalqına, bütün dünya dövlətlərinə sübut etdiyini söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi