Tarixlərə yazılan şəxsiyyət

Dünyanın bir sıra dövlət başçıları dəfələrlə söyləyib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi siyasi xadim rəhbərlik edib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan xalqı dönməz müstəqilliyə, inkişafa qədəm qoydu. O,bütün həyatını doğma xalqına sərf edən, milli dövlətimizin əsasını qoyan dahi lider idi.
Heydər Əliyevin söylədiyi məşhur fraza kiçikdən tutmuş böyüyə qədər daima hər kəsin yaddaşındadır: "Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, Azərbaycanlıyam." Mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub.
Ölkəmiz günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur. Son hadisələr, 44 günlük Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan xalqı yenilməz, bütöv xalqdır və onun İlham Əliyev kimi atasının davamçısı olan Ali Baş Komandanı var.