"Azərbaycanda Qələbə günü"

    Məktəbimizin ibtidai sinif müəllimi Əhmədova Kəmalə rəhbərlik etdiyi 4 "B" sinfində  "Azərbaycanda Qələbə günü "nə həsr olunmuş dərs keçirdi.
Sinif rəhbəri K.Əhmədova Vətən müharibəsi haqqında geniş məlumat verdi.O bildirdi ki, 44 günlük müharibədə əldə olunmuş qələbə Ali Baş Komandanımız İlham Əliyevin göstərdiyi siyasi və diplomatik səylərin, rəşadətli Milli Ordumuzun, Vətəni canlarından əziz tutan müqəddəs şəhidlərimizin sonsuz vətən eşqinin göstəricisidir.İgid oğullarımız 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğalçılardan azad edərək orada üçrəngli bayrağımızı qaldırmışlar.
Torpaq, uğrunda ölən varsa vətəndir.Torpağımızın azadlığı uğrunda canlarından keçmiş, Azərbaycanın şanlı zəfər tarixini öz qanları ilə yazmış şəhidlərimizi heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar!
Şagirdlər vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər, çəkdikləri şəkilləri və hazırladıqları məlumatları təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi