“Qarabağ Azərbaycandır!”

 

    Məktəbimizin ibtidai sinif müəllimi Fənurə Mühacirova rəhbərlik etdiyi 3 E sinfində keçdiyi onlayn dərslərdən birini “Qarabağ Azərbaycandır!” mövzusuna həsr etmişdir. Dərsdə şagirdlər Qarabağ uğrunda gedən döyüşlərdə igidlik, rəşadət göstərmiş qəhrəmanlardan, Azərbaycan ordusunun qüdrətindən, Qarabağın əzəli Azərbaycan torpağı olmasından bəhs edən şeirlər səsləndirərək kiçik qəlblərində daşıdıqları böyük vətən sevgisini göstərməyə çalışmışdılar. Bununla kifayətlənməyən sinif rəhbəri qəlbləri vətən eşqi ilə döyünən şagirdlərin iştirakı ilə eyni mövzuya həsr olunmuş videoçarx hazırlamışdır. Videoçarx müxtəlif sosial şəbəkələrdə paylaşılaraq böyük rəğbətlə qarşılanmışdır. Qələbə bizimdir, Qarabağ Azərbaycandır!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi