Yol hərəkəti qaydaları

Məktəbimizin ibtidai sinif müəllimi Əhmədova Kəmalə rəhbərlik etdiyi IV "B" sinfində "Yol hərəkəti qaydaları" na həsr olunmuş Təşkilat saatı keçirdi. O bildirdi ki, yol hərəkəti qaydaları dövlətin qanununa əsasən tənzimlənir, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinə xidmət edir. Yol hərəkəti qaydalarına əməl etməyən insanlar nəinki özləri üçün, həmçinin digər insanlar və nəqliyyat vasitələri üçün də təhlükə törədirlər.
Şagirdlər yolda hərəkət, yol nişanları, işıqfor və keçidlər haqqında məlumat verdilər. Yol hərəkəti qaydalarına həsr etdikləri rəsmləri təqdim edərək haqqında danışdılar.