Yeni zəfər tarixi yazmış əsgərlərimizə

2020-ci il sentyabr ayının 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdi işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatları dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi. Ali Baş Komandanın döyüş əmrinə əsasən son damla qanınadək vuruşan igid əsgər və zabitlərimizin yüksək döyüş ruhu sayəsində 30 illik həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etdik.

Arxa cəbhə olaraq ordumuzun döyüş ruhunu yüksəltmək və dəstəkləmək hər birimizin vətəndaşlıq borcudur. Belə bir təşəbbüsü məktəbimizin biologiya müəllimi Hüseynova Samirə rəhbərlik etdiyi VI "D" sinif şagirdləri ilə həyata keçirdilər. Onlar tarix yazan igid əsgərlərimizə yazdıqları məktubları ilə Müzəffər Ordumuzu təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi