"Narkomaniyaya və zərərli vərdişlərə yox deyək" adlı görüş

1 Dekabr "Ümumdünya QİÇS-lə Mübarizə Günü " Narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət proqramı" nın həyata keçirilməsi üzrə Tədbirlər Planı nın icrası məqsədilə məktəbimizin biologiya müəllimi Mustafayeva Nəzakət məktəbin IX "Ə" sinif şagirdləri arasında "Narkomaniyaya və zərərli vərdişlərə yox deyək" adlı görüş təşkil etdi. Görüş mövcud pandemiya şəraitinə uyğun olaraq onlayn -videogörüş formasında oldu. Bu videogörüşün keçirilməsində əsas məqsəd şagirdlərə narkotik vasitələrin, psixotrop maddələrin istifadəsinin, qanunsuz dövriyyəsinin cəmiyyətə, insanlara fiziki və psixoloji cəhətdən nə dərəcədə öldürücü təsir göstərməsini təbliğ etməkdir. Şagirdlər narkomaniyanın tarixinin, onun yayılmasının, insanların həyat tərzi üçün təhlükəli olduğunun, intiharların, cinayətlərin, anarxiyanın başlıca səbəbinin əsasında narkotik maddələrin durduğu barədə topladıqları fikirləri sinif yoldaşları ilə bölüşdülər. Nəzakət müəllimə narkotik maddələrin törətdiyi xəstəliklər, ölkəmizdə narkomaniya əleyhinə görülən tədbirlər haqqında şagirdlərə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi