Onlayn iclas

17 aprel 2020-ci il tarixdə IX siniflərdə DİM tərəfindən keçirilən I mərhələ imtahanlarının nəticələrinə həsr olunmuş onlayn iclas keçirildi. İclası məktəbin direktoru Dadaş Əliyev açaraq dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar məktəblərin bağlanması və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı respublikamızın Prezidenti cənab İlham Əliyevin və birinci vitse Prezident Mehriban Əliyevanın gördükləri işlər barədə kollektivi məlumatlandırdı. Hamının bu sahədə onlayn qaydada şagird və valideynlərlə maarifləndirici işləri davam etdirmələrini tapşırdı. IX siniflərin nəticələrini 2018, 2019 və 2020-ci illərlə müqayisəli təhlilini verdi. Bildirdi ki, 2018-ci ildən nəticələr irəliləyir. Əvvəlki illərdən fərqli olaraq 32 nəfər şagird 25-30 bal toplamışdır. Gələcəkdə bu sahədə işlərimizi daha da yüksəltməliyik.