Mülki Müdafiə gününə həsr edilmiş “Təşkilat saatı”

Fevralın 28-də məktəbin hərbi rəhbəri Köçəri Verdiyevin təşkilatçılığı ilə 5 “Ə” sinfində Mülki Müdafiə gününə həsr edilmiş “Təşkilat saatı” keçirildi. Hərbi rəhbər şagirdlərə fərdi və kollektiv mühafizə vasitələri haqqında məlumat verdi. O, qeyd etdi ki, mühafizənin əsas üsul və vasitələri adamların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Sonda fövqəladə hallar zamanı insanların davranış qaydalarına aid videoslayd göstərildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi