“26 Fevral - Tarixin qan yaddaşı” mövzusunda tədbir

   Məktəbin ingilis dili müəllimi Səidə  Ağamalıyeva tədris etdiyi VI siniflərlə “26 Fevral - Tarixin qan yaddaşı” mövzusunda tədbir keçirdi. Şagirdlər bu faciəni Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri adlandırdılar. Bu tədbirdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən şəkillər nümayiş olundu, soyqırımı həqiqətlərini əks etdirən şeirlər və məlumatlar təqdim edildi. Sonda Səidə Ağamalıyeva şəhidlərə Allahdan rəhmət diləyib uşaqlara bu soyqırımı unutmayıb özlərindən sonrakı nəsillərə də ötürmələrini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi