“Bizi unutma“ adlı tədbir

Fevralın 24-də məktəbin ingilis dili müəllimləri Ağgün Kazımova və Kəmalə Qocayeva rəhbərlik etdikləri 7 “F“ və 7 “B“ sinif şagirdləri ilə birlikdə Xocalı soyqırımına aid “Bizi unutma“ adlı tədbir keçirdilər.Tədbir Xocalı şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şagirdlər Xocalı hadisəsi haqqında əraflı məlumat verib, ermənilərin törətdikləri insanlığa sığmayan qətliamı pişlədilər. Bu qətliam təkcə Azərbaycanda, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Şagirdlər bu misli görünməmiş cinayəti özlərindən sonrakı nəsillərə ötürməyə söz vermiş, Vətənin keşiyində daim duracaqlarını bəyan etmişlər. Tədbirin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva cıxış edərək Xocalı soyqırımının ildönümünün hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunduğunu bildirdi.