“Xocalı harayı” abidəsini ziyarət

Tarixin acı səhifələrindən biri, bəlkə də birincisi Xocalı faciəsi.

Sənin yaddaşlarda qoyduğun iz, sənin qəlblərə vurduğun yaranı tarix bizdən nə qədər uzaqlaşdırsa da, bir o qədər dərinləşir. Və nəsillər dəyişsə də, bu yara sağalmaz, yaddaşlardan silinməz. Uşaqlara bu faciənin dəhşətlərini anlatmaq, onlara tarixin qanlı səhifələrini vərəqlətmək üçün müxtəlif tədbirlər keçirilir.

Məktəbin biologiya müəllimi Samirə Hüseynova öz körpə fidanları- 5 “D” sinif şagirdləri ilə “Xocalı harayı” abidəsini ziyarət etdilər. Abidəyə tər qərənfillər düzən uşaqlar faciə qurbanlarını yad edib, ruhlarına rəhmət dilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi