Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət etdik

Fevralın 23-də məktəbin 5 “A” və 5 “B” sinif şagirdləri sinif rəhbərləri Lətifə Abdullayeva və İradə Həsənovanın başçılığı ilə “Xocalı qan yaddaşımızdır” mövzusunda keçirilən tədbirlərin davamı olaraq Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət etmişlər.Məktəblilər şəhidlərin xatirəsini hörmətlə yad etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.