Şəhidlər azadlığın uca heykəl daşıdır.

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan, məktəbimizin məzunu olan Vaqif Mirzəliyevin anım gününü Eleonora Ağamalıyevanın təşkilatçılığı ilə 4 “D” sinif şagirdləri qeyd etdilər. Şagirdlər aforizmlər, şeirlər söyləyib, mahnı oxudular.
Tədbirdə şəhidin ailə üzvləri də iştirak edirdi. Şəhidin anası Tamella xanım şagirdlərin xahişi ilə Vaqif haqqında xatirələrini bölüşdü, məktəb rəhbərliyinə hər il “Anım günü”nü qeyd etdiklərinə görə minnətdarlığını bildirdi.
Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bəsti Nəsibova və Arzu Əliyeva çıxış edərək şəhidin ailəsinə Allahdan səbr dilədilər, şagirdlərə Vaqif kimi igid vətənpərvər olmağı tövsiyə etdilər.