“Sil göz yaşlarını, Xocalım! adlı bədii gecə

Fevralın 21-də məktəbin ibtidai sinif müəllimi Ruba Eyvazova rəhbərlik etdiyi 2 “Ç” sinfində “Sil göz yaşlarını, Xocalım! adlı bədii gecə keçirdi.Əvvəlcə o, Xocalı müsibətləri haqqında geniş məlumat verdi. Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sitatlar gətirildi: “Xocalı Soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək, layiqli cəzalarını alacaqlar”. “Şəhidlərimizin qanı yerdə qalmayacaq!”
Sonra “Xocalı yolumuzu gözləyir” adlı videoçarx göstərildi. Şagirdlərin göz yaşları içərisində söylədikləri şeirlər onlarda düşmənə qarşı nifrət hissi yaradırdı.
Uşaqlar qeyd etdilər ki, elə bir gün gələcək ki, torpaqlarımız mənfur düşmən taptağı altından azad ediləcək. Xocalının göz yaşları sevinc göz yaşları ilə əvəz olunacaq. Gecə şagirdlərin ifasında “Bayraq “ mahnısı ilə sona çatdı.