Ana dilim !  Səndədir xalqın əqli, hikməti...

Ana dilim !

 Səndədir xalqın əqli, hikməti...

            21 Fevral Benəlxalq Ana Dili Günüdür. Bu günü qeyd etmək, bu günün istisinə sığınmaq üçün Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova “ Ana dilimizi sevək və qoruyaq “ adlı ədəbi –bədii gecə hazırlamışdı. Gecədə dilimiz, onun qüdrəti, alınmaz qalamız olduğu, əcdadımızın mirası kimi dəyərləndirildi. İştirakçılar öz fikirlərini Ulu Öndərin nitqi ilə davam etdirdilər.

Xalqına, millətinə bağlı insanların dilinə, mədəniyyətinə hörmətindən bəhs edən iştirakçılar daha azərbaycançı C.Məmmədquluzadənin “ Anamın kitabı “ əsərindən kiçik bir səhnəni təqdim  etdilər. Övladları başına cəm olan Zəhrabəyim ananın faciəsini göstərən “ gənc aktyorlar “ “Azərbaycan” məqaləsinin qəlbləri cuşa gətirən sözləri ilə tədbiri davam etdirdilər.

Sonda məktəbimizdə keçirilən “ Vətənim Azərbaycanı sevək “ müsabiqəsində fərqlənən şagirdlər  mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi