" Memorial Soyqırım Müzeyi" və "Şəhidlər Xiyabanı"na ekskursiya

Azərbaycanımızın tarixində unudulması mümkün olmayan, xalqın qəlbində dərin iz qoyan, onu daim mübarizə və qisas ruhunda kökləyən bir gün var. Xocalı Soyqırımı Günü...

Bu tarix hər bir Azərbaycan vətəndaşının qan yaddaşıdır. Bu qətliam təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş bir faciədir. Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək hər bir məktəblinin borcudur. Bununla bağlı məktəbimizin 5 ”Ç” və 5 “C” sinif şagirdləri Memorial Soyqırım Müzeyinə ekskursiya etdilər. Sinif rəhbərləri  Xalidə Sadıqova və Səyyarə Hüseynova şagirdləri maarifləndirmək məqsədilə Şəhidlər Xiyabanını da ziyarət etmişlər. Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda canından keçmiş Vətən oğullarının, qızlarının xatirəsi yad olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi