Heydər Əliyev Mərkəzində “ Açıq dərs”

Fevralın 19-da məktəbin tarix müəllimi Gülşən İsmayılzadə IX-X sinif şagirdləri ilə Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “ Açıq dərs”də iştirak etmişlər. Gülşən İsmayılzadə “ Heydər Əliyev və mədəniyyət “ mövzusunda çıxış edərək mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində , onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətlərindən danışdı. Ümummilli liderin milli –mənəvi dəyərlərimizə göstərdiyi qayğı haqqında şagirdlərə məlumat verdi.