“ Vətənim Azərbaycanı sevək “ adlı müsabiqə

 

            Vətənimizin tarixi, mədəniyyəti, ədəbiyyatını uşaqlara öyrətmək, onları yaxından tanıtmaq məqsədi ilə “ Vətənim Azərbaycanı sevək “ devizi altında müsaqbiqəyə start verildi. Müsabiqə V-XI siniflərdə təhsil alan istedadlı şagirdlərin üzə çıxarılması məqsədi ilə təşkil edilimişdir.

   Müxtəlif nominasiyalar -ən yaxşı şeir söyləmək- bədii qiraət, rəsm, inşa yazı və s. üzrə müsabiqəyə qatılan şagirdlər bütün istedadlarını nümayiş etdirməyə çalışdılar.

   Xalqın mədəniyyəti, təbii ki, dil üzərində qurulur. Öz dilinə məhəbbət, öz dilini öyrənmək dünya mədəniyyəti ilə tanışlıq deməkdir. Məhz bunu nəzərə alaraq, müsabiqəyə 21 Fevral Beynəlxalq Ana Dili Günü yekun vurulacaq. İstedadlı uşaqların müxtəlif yerlər üzrə mükafatlandırılması nəzərdə tutulub. Uğurlar sizə, əziz uşaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi