Psixodiaqnostik testlər

Uşaqların psixi durumunu, yaradıcı düşüncəsini insan və onun maraqlarını öyrənmək, problemlərin kökünü tapmaq müasir cəmiyyəti düşündürən əsas məsələlərdəndir. Psixoloq Nurlanna Əhmədova da bu məqsədlə ayrı-ayrı siniflərdə psixodiaqnostik testlər keçirir. Uşaqların durumu, onların ailədə, cəmiyyətdə maraqlarını araşdırıb üzə çıxarmaq məqsədi ilə 3 “B” sinfində H. Qudinafın “İnsan şəklini çək”, E. Torrensin “Fiqurların tamamlanması”, Vekslerin “Şifrələr” testi üzərində iş apardı. Məqsəd uşaqlarda yaradıcı düşüncənin, üstüörtülü məqamların qavranması prosesini izləmək idi.