“ İnternetin faydası və zərəri “ mövzusunda psixoprofilaktik layihə

Elmin, texnikanın inkişafı cəmiyyətin dinamikasından asılıdır. Bu inkişafın həm mənfi, həm müsbət cəhətləri var. Bunu biz daha çox internetdən istifadə zamanı görürük. Psixoloq Nurlanna Əhmədova V-VI siniflərdə “ İnternetin faydası və zərəri “ mövzusunda psixoprofilaktik layihə keçirdi. Layihədə məqsəd internetin yaxşı və pis cəhətlərini uşaqlara anlatmaq, onların başa düşdüyü şəkildə dərk etdirməkdir. Layihədə xüsusi fəallıq göstərən uşaqlar bildirdilər ki, internet mütaliəni zəiflədir, görmə və onurğa problemlərinin yaranmasına səbəb olur. Amma zərəri ilə yanaşı sürətli internetin faydalarından da bəhs edən uşaqlar məlumatların tapılması, ötürülməsi və uzaq məsafələrdən görüntülü əlaqələrin qurulmasının danılmaz olduğunu bildirdilər. Geniş və maraqlı diskusiya şəklində keçən layihədə iştirak edən müəllim və valideynlər belə tədbirlərin tez-tez keçirilməsi və uşaqların maariflənməsini diqqətəlayiq hesab etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi