İnsan alveri və onunla mübarizə mövzusunda “ Dəyirmi masa “

Fevralın 7-də məktəbin psixoloqu Nurlanna Əhmədova VIII- X sinif şagirdləri ilə insan alveri və onunla mübarizə barədə söhbət apardı. Təşkilatı işlər üzrə direktor müavini Arzu Əliyevanın da iştirak etdiyi “ Dəyirmi masa “da insan alveri və bu alver qurbanlarının hüquqlarının qorunması, onlara mənəvi dəstək olunması işində cəmiyyətin rolundan danışıldı. Geniş diskusiya şəraitində keçən söhbət zamanı şagirdlər alver qurbanları ilə necə davranmalı, onları təhsilə cəlb etməyin yollarından söz açdılar. Mövzu ilə bağlı hazırlanmış videoçarxlar, slaydlar deyilən fikirlərin təsdiqi üçün önəmli oldu. Yetkinlik yaşına çatmayan qızların erkən nigaha qatılması, orqan alverinin, hətta pis vərdişlərin qurbanlarından söhbət edildi. Sonda iştirakçılar bütün bunların əsl səbəbini maariflənmə, mütaliənin az olması, eləcə də uşaqların təhsildən yayınması amillərində gördüklərini bildirdilər.