Sözə verilən dəyər

    Sözə dəyər vermək, onu bədii ilmələrə düzmək hər insana nəsib olmur. Amma belə insanları yad etmək hamının borcudur. Fikrət Sadıq da sözü ilahiləşdirən sənətkarlardan biridir. Şairin anadan olmasının 90 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin Suraxanı rayon şöbəsində “ Azərbaycan Ədəbiyyatı- Dünya İncisi “ mövzusunda tədbir keçirildi. Tədbirdə rayon məktəbliləri şairin əsərlərindən gözəl bir “şeir buketi” ilə çıxış etdilər. Ustadın sözlərinə yazılmış mahnılar, onu tanıyan insanların xoş xatirələri böyük maraqla qarşılandı. Məktəbimizin ədəbiyyat bilicilərindən olan 11 “C” sinif şagirdi Elnarə Əliyevanın çıxışı da bəyənilmişdir. Dərin söz duyumuna, şeirə-sənətə böyük məhəbbətinə görə fərqlənən Elnarə Fəxri fərmanla təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi