2 Fevral Gənclər Günüdür!

Fevralın 3-də məktəbimizdə tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyevanın təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş yığıncaq keçirildi. Qeyd olundu ki, 2 Fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Gənclərə diqqət və qayğı artırıldı. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Layiqli, savadlı gənclərin xaricdə təhsil alması buna bariz nümunədir.
Yığıncaqda iştirak edən 10 “A” sinif şagirdləri Xanım Əliyeva və Nurlana Nurullayeva çıxış edərək söylədilər ki, “ Ölkəmizi tanıyaq “ layihəsinə görə Prezident İlham Əliyevə minnətdardılar. Prezidentimiz sağ olsun ki, gənclərə belə imkanları yaratdı.
Fəxr edirik ki, müstəqil Azərbaycanın gəncləriyik.