Pedaqoji şuranın növbəti iclası

Yanvarın 31-də Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Dadaş Əliyev açaraq müəllimləri gündəlik məsələlərlə tanış etdi, sonra isə il ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verdi. Müvafiq məsələlərlə bağlı müzakirələr edildi və qərarlar qəbul olundu. Daha sonra çıxış edən direktor müavinləri Bəsti Nəsibova, Gültəkin Axundova, İlham Kazımov və Arzu Əliyeva  I-XI siniflərdə təhsilin vəziyyəti və jurnalların yoxlanmasından danışdılar. Dərsdinləmələrin davamlı aparıldığını və bunun qabaqcıl təcrübənin öyrənilməsində mühüm rol oynadığını da qeyd etdilər. Sonda məktəbin direktoru Dadaş Əliyev sinifdənxaric və məktəbdənkənar işlərində fəal iştirak etmiş müəllimləri diplom ilə təltif etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi