Şəhidlər tarixləşən İstiqlal türbəsidir

    20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Məktəbin ibtidai sinif müəllimi Cəmilə Rəfiyeva rəhbərlik etdiyi 4”Ç” sinif şagirdləri ilə birgə 20 Yanvar Şəhidlərinə həsr olunmuş bədii gecə keçirdi.Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Cəmilə müəllimə bildirdi ki, bu hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlər öz fikirlərini bilidirib, topladıqları məlumatları təqdim etdilər. Şeirlər söyləyib, mahnı ifa etdilər. Sonda şagirdlər hazırlanmış “Anım guşəsi” nə tər qərənfillər düzərək şəhidlərimizə ehtiramlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi