“Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” mövzusunda tədbir

Yanvarın 16-da məktəbdə tarix müəllimi Lətifə Abdullayeva, hərbi rəhbər Köçəri Verdiyev və musiqi müəllimi Vəfa Məmmədovanın hazırladığı “Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru  və valideynlər də iştirak edirdilər. Tədbir 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuşdur. Şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş mahnılar oxuyub şeirlər söylədilər.Tədbiri  müsbət notlarla tamamlayan şagirdlər böyük qələbənin çox  yaxında olduğunu və ancaq həmin gün şəhidlərimizin ruhunun şad olacağını vurğuladılar.Tədbiri məktəb direktoru Dadaş  müəllim dəyərli fikirləri ilə yekunlaşdırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi