“Şəhidlər unudulmur” adlı bədii gecə

Yanvarın 16-da məktəbin ibtidai sinif müəllimi Ruba Eyvazova  rəhbərlik etdiyi 2 “Ç” sinif şagirdləri ilə birgə “Şəhidlər unudulmur” adlı bədii gecə keçirmişdir. Gecədə müəllim və bir neçə valideyn iştirak etmişdir. Şagirdlərin ifasında həmyaşıdları olan Larisa və İlqar haqqında fikirlər dinlənilmiş, şeirlər söylənilmiş, səhnəciklər göstərilmişdir. Sonda sinif rəhbəri bildirmişdir ki, xalqımızın igid oğul və qızları 1990-cı il yanvarın 20-də Azərbaycanın toxunulmazlığı uğrunda canlarından keçmişlər. Buna görə də onları “şəhid” adlandırırlar.Vətənimizin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmayacaq və hər zaman xalqımızın yaddaşında yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi