“Şəhidlərin anım  günü”nə həsr olunmuş tədbir

Yanvarın 16-da məktəbin məktəbəhazırlıq qrupunda 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar “Şəhidlərin anım  günü” adlı tədbir keçirildi. İlk öncə himnimizi oxuyan şagirdlər şəhidləri 1 dəqiqəlik sükutla yad etdilər. Daha sonra sinif rəhbəri Cəmilə Rəfiyeva 20 Yanvar faciəsi haqqında məlumat verdi. Sonda uşaqlar vətən uğrunda canından keçən şəhidlərin ruhuna sayqı olaraq qərənfil şəkilləri çəkərək rənglədilər. Bu körpə fidanlar vətənpərvər ruhda böyüyərək bizim nurlu sabahımızın igid oğul və qızları olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi