08.04.2016-ci il tarixində keçirilən "Qarabağ bizimdir, bizim olacaq" şüarı altındakı tədbir

08.04.2016-ci il tarixində keçirilən tədbir orduya dəstək, şəhidlərimizin xatirəsinə həsr olunmuşdu. Hər kəsə məlumdur ki, ordumuz aprel ayının əvvəlində düşmənə sarsıdıcı zərbə vurmuşdur. Nəticədə erməni silahlı qüvvələrinin nəzarətində olan bir neçə kəndi, bir neçə stratejı yüksəkliyi ələ keçirmişdilər. Bu döyüşdə düşmən yüzlərlə itki vermiş və onlara məxsus dayaq məntəqələri dağıdılmışdır. Bu qələbə bizi çox sevindirir, bizdə ruh yüksəkliyin daha da artırır. Ordumuzun gücü, əsgərlərimizin rəşadəti hər zaman bizi sevindirmişdir. Ali baş komandan hər çıxışda qeyd edir: "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var". Biz buna ianırıq- Ali baş komandanın ətrafında sıx birləşmişik. Tədbirdə məktəbin direktoru Gülşən xanım Əliyeva, GÇH rəhbəri Verdiyev Köçəri çıxış etdilər.Şagirdlərə vətənpərvərlik mövzusunda biliklər aşıladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi