"20 Yanvar -Tarixin qan yaddaşı"

Xalqımızın qəhrəmanlıq səlnaməsində 20 Yanvar adlı bir səhifə var. Bu səhifə zaman keçdikcə qəhrəmanlıq tariximizə, mənliyimizə və qürurumuza daha gur işıq saçır. 30 ildir ki, azadlıq, müstəqillik amalı uğrunda canını fəda edən vətən oğullarının xatirəsi anılır və əziz tutulur. Məktəbimizin tarix müəllimi Səriyə Əhmədova da 5 “E” sinfi ilə birgə bu müqəddəs günün qurbanlarını sevə-sevə andılar. Bu günün şərəfli tarixi haqqında məlumat verən uşaqlar öz sevgilərini sazın sədaları ilə bədii parçalarla ifadə etdilər. 30 illik qürur tariximizi əbədiləşdirən bayrağımıza ehtiramlarını ifadə edən “balaca əsgərlər“ bu yolu şərəflə davam etdirəcəklərinə söz verib and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi